BAKI, 28 aprel. TELEQRAF
İşgaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndi ərazisində bir nəfər minaya düşüb.
Bu barədə Teleqraf-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
"ANAMA əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur", - deyə məlumatda qeyd olunub.