Bu gün V çağırış Milli Məclisə seçkilər keçirilir.

Teleqraf.com-un xəbərinə görə, Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.

Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib.

Bu gün səhər saat 8:00-da səsverməyə start veriləcək, saat 19:00-da isə səsvermə başa çatacaq.