ŞAMAXI, 28 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXII turunda “Şamaxı” və “Neftçi” komandaları qarşılaşıb.

Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Kamranbəy Rəhimovun idarə etdiyi qarşılaşmanın 60-cı dəqiqəsində “ağ-qaralar”ın futbolçusu Vensan Abubakar hesabı açıb. Matçın 74-cü dəqiqəsində isə meydan sahiblərinin oyunçusu Sezar Enrike bərabərlik qolunu vurub. Oyunun 90+1-ci dəqiqəsində Abubakar “dubl” edib. 6 dəqiqə sonra isə Karim Rossi həlledici qolu vuraraq oyunda son nöqtəni qoyub.

Bu nəticədən sonra Yuri Vernidubun rəhbərlik etdiyi “Neftçi” turnir cədvəlində 31 xalla 7-ci pilləsində, Ayxan Abbasovun baş məşqçisi olduğu “Şamaxı” isə 25 xalla 8-ci yerdədir.

Qeyd edək ki, günün növbəti qarşılaşmasında “Qəbələ” “Karvan-Yevlax”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq oyun saat 17:00-da start götürəcək.