BAKI, 28 yanvar. TELEQRAF

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.

Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi sözügedən oyunun təşkil olunacağı məşhur “Enfild” stadionunda son məşqinə çıxıb.

Qeyd edək ki, “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Məşqdən olan fotoları təqdim edirik: