BAKI, 8 yanvar. TELEQRAF

Məşhur Transfermarkt portalı ötən il klubların qazandığı penaltilərin statistikalarını açıqlayıb.

Teleqraf xəbər verir ki, siyahının ilk pilləsində 26 penalti ilə Portuqaliyanın “Benfika” klubu dayanıb ki, bunların 88 faizi qolla nəticələnib.

İspaniyanın “Real Madrid” klubu 21 penalti və 67% göstərici ilə ikinci yeri tutub. Türkiyə təmsilçisi “Qalatasaray” isə 16 penalti qazanıb və 94%-ni qola çevirib.

Maraqlıdır ki, Niderland klubu “Tvente” bütün 14 penalti vuruşunu uğurla icra edərək 100% nəticə göstərib. “Barselona” isə 14 penaltidə 86% göstərici ilə onuncu yerdədir.

Top onluqda yer alan Avropanın digər böyük klublarından “Bavariya” və PSJ müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar.
Almaniya təmsilçisinin qazandığı 16 penaltidən 88%-i, Fransa klubu isə eyni say ilə 75 faizi qol ilə nəticələnib.

“Sportinq” 15 penalti qazandığı halda 93%-ni, “Beşiktaş” eyni sayda penalti ilə 80%-ni, “Yunion Royal” isə 15 penalti ilə 73%-ni qola çevirə bilib.