BAKI, 12 dekabr. TELEQRAF

Finlandiyanın “Haka” klubunun azarkeşləri komandanın Yüksək Liqadan düşməsindən sonra stadionu yandırıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Yahoo Sports" məlumat yayıb.

Finlandiya polisi hadisə yerində 15 yaşdan kiçik üç yeniyetməni saxlayıb. Yanğın təxminən 400 tamaşaçı tutumuna malik taxta tribunanı tamamilə məhv edib.

Stadionun ümumi tutumu 3000 nəfərdən çoxdur. Alov həmçinin süni ot örtüyünün bir hissəsinə keçərək meydançanın müəyyən hissəsini istifadə üçün yararsız hala gətirib.