BAKI, 2 dekabr. TELEQRAF

Braziliyanın dördüncü liqasında çıxış edən “Goytacaz” klubunun hücumçusu Yuri de Karvalyo meydana elektron nəzarət qolbağı ilə çıxıb.

Teleqraf xəbər verir ki, hücumçu sol ayağına taxılmış elektron qolbaqla “Makae”yə qarşı “Klaudio Moasir” stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan matçda meydana çıxıb.

Növbəti bazar günü komandalar B2 Seriyasının final matçı üçün yenidən üz-üzə gələcəklər. “Goytacaz” qalib gələcəyi halda, Yuri elektron qolbaqla çempion olan ilk futbolçu kimi tarixə düşəcək.

Xatırladaq ki, 2018-ci ildə narkotik alverinə görə həbs edilən Yuri de Karvalyo yeddi il həbsdə qalıb. Rejimin yüngülləşdirilməsi ilə 2025-ci ilin may ayında azadlığa buraxılan futbolçu cəzasının qalan hissəsini açıq rejimdə və elektron nəzarət altında çəkir.

Qeyd edək ki, Braziliya Futbol Federasiyasının (FERJ) nizamnaməsində elektron nəzarət cihazının istifadəsini qadağan edən hər hansı maddə yoxdur.