BAKI, 13 oktyabr. TELEQRAF
Türkiyənin "Qalatasaray" klubu heyətini yeni ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.
Teleqraf Afrika mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə "Liverpul"unun cinah hücumçusu Məhəmməd Salahla maraqlanır.
"Sarı-qırmızılar" 33 yaşlı oyunçunu qış transfer pəncərəsində transfer etməyi hədəfləyib.
Misirli futbolçunun özü bu təklifə müsbət yanaşır.
Məhəmməd Salahın Mersisayd təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalının məlumatına görə, onun bazar dəyəri 50 milyon avrodur.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm ərzində meydana çıxdığı 10 oyunda 3 qol və eynisayda məhsuldar ötürmə müəllifi olub.