BAKI, 7 oktyabr. TELEQRAF

“Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesi və təmir-bərpa ilə işləri ilə tanış olub.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, ot örtüyünün dəyişdirilməsini icra edən “Caspian Sport and Landscape” şirkətinin direktoru Filip Şarplaz klub rəhbərinə proseslə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, təbii ot örtüyünün oktyabr ayının sonunadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.