BAKI, 17 sentyabr. TELEQRAF
Gənclər və idman naziri Fərid Qayıbov "Qarabağ"ı UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, o, bu barədə ”feysbuk” hesabında paylaşım edib.
Qeyd edək ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin I turunda səfərdə "Benfika"nı (Portuqaliya) 3:2 hesabı ilə məğlub edib.