BAKI, 23 avqust. TELEQRAF

Azərbaycan Premyer Liqasında ikinci turun növbəti oyunu "Kəpəz" və "Karvan-Yevlax" komandaları arasında keçirilib.

Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunan görüş Yevlax təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Kəpəz”dən Məqsəd İsayevlə (77-ci dəqiqə) Vitor Feijao (90+5 - pen.), “Karvan-Yevlax”dan Coy Sleyd Mikels (38 - pen., 89) və Tompson Qavi (52) fərqləniblər.

Azər Həşimovun rəhbərlik etdiyi kollektiv 4 xalla 2-ci sıraya yüksəlib. Adil Şükürovun komandasının xalı yoxdur.

II turun əvvəlki matçlarında “Sumqayıt” səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə üstələyib, “İmişli” isə evdə “Neftçi” ilə qolsuz heç-heçə edib.

Qeyd edək ki, turun digər oyunları 24 və 25 avqustda keçiriləcək.