BAKI, 23 avqust. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında II turun növbəti oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, “Kəpəz” Qəbələdə “Karvan-Yevlax”ı qəbul edəcək.

Baş hakim Əli Əliyevin idarə edəcəyi matç saat 19:00-da başlayacaq.

Qeyd edək ki, tura avqustun 25-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

II tur

23 avqust

19:00 “Kəpəz" – "Karvan-Yevlax"

Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Kamal Umudlu
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu