BAKI, 21 avqust. TELEQRAF

"Neftçi" iki futbolçusunu əvəzedici komandaya göndərib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Samir Abasovun qərarına əsasən, futbolçular – Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar.

Hər iki oyunçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər.