BAKI, 19 avqust. TELEQRAF

Futbol üzrə İran çempionatının ilk turunda “Traktor” öz meydanında məğlub olub.

Teleqraf xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi I turda yerli azarkeşlər önündə Tehran “İstiqlal”ına uduzub – 0:1.

Yada salaq ki, “Traktor” ötən mövsüm tarixində ilk dəfə İran çempionu olub. Təbriz təmsilçisi İran Superkuboku uğrunda görüşdə isə “İstiqlal”ı məğlub edib (2:1).