BAKI, 13 avqust. TELEQRAF

"Karvan-Yevlax" növbəti transferini həyata keçirib.

Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, bölgə təmsilçisi qapıçı Pedronu heyətinə cəlb edib.

28 yaşlı portuqaliyalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Pedro son olaraq ölkəsinin “Feirense” klubunun formasını geyinib. O, San-Tome və Prinsipi millisinin üzvüdür.