BAKI, 12 avqust. TELEQRAF

Məşhur portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu model sevgilisi Jorjina Rodrigesə evlənmək təklifi edib.

Teleqraf xəbər verir ki, bu barədə 31 yaşlı model sosial şəbəkə hesabında paylaşım edib.

O, Ronaldunun təklfini qəbul etdiyini və barmağındakı bahalı üzüyü nümayiş etdirib: "Bəli, qəbul edirəm. İndi və bütün həyatım boyunca".

Yada salaq ki, Ronaldu və Rodriges 2016-cı ildən münasibətdədir.