BAKI, 7 avqust. TELEQRAF

"Karvan-Yevlax" komandası növbəti transferini həyata keçirib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi Vitor Roxanı heyətinə qatıb.

Portuqaliyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

29 yaşlı futbolçu son olaraq ölkəsinin “Sanxoanense” klubunda forma geyinib.

Qeyd edək ki, "Karvan-Yevlax" növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.