BAKI, 4 avqust. TELEQRAF

Növbəti mövsüm hazırlıqlarını davam etdirən “Karvan-Yevlax” daha bir futbolçu ilə anlaşıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər veri ki, Yevlax təmsilçisi İbrahim Qədirzadə ilə 1 illik yeni müqavilə imzalayıb.

Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm “Karvan-Yevlax”ın heyətində 25 oyun keçirib və 3 qol ötürməsi ilə yadda qalıb.