BAKI, 3 avqust. TELEQRAF

"Karvan-Yevlax" futbolçusu İbrahim Qədirzadə ilə müqaviləni yeniləyib.

Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.

Qədirzadə ötən mövsüm "Karvan-Yevlax"ın heyətində 25 oyun keçirib və 3 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, "Karvan-Yevlax" növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.