BAKI, 1 avqust. TELEQRAF

Yunanıstanda "Aris" və "Araz-Naxçıvan" arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü başa çatıb.

Teleqraf xəbər verir ki, səfərdə 2:2 hesablı heç-heçə edən "Araz-Naxçıvan" ilk matçdakı 2:1 hesablı qələbə sayəsində mərhələ adlayıb.

Saloniki şəhərindəki "Kleantis Vikelidis" stadionunda baş tutmuş qarşılaşmada hesabı 11-ci dəqiqədə Felipe Santosun ötürməsindən sonra Şarl Boli açıb.

38-ci dəqiqədə Santos meydan sahiblərinin qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib. Beləliklə, "Araz-Naxçıvan" fasiləyə ciddi üstünlüklə çıxıb - 2:0.

İkinci hissədə vəziyyət meydan sahiblərinin xeyrinə dəyişib. 52-ci dəqiqədə "Araz-Naxçıvan"ın müdafiəçisi İqor Ribeyro qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. "Aris" say üstünlüyündən 10 dəqiqə sonra yararlanmağı bacarıb. Fabiano Laysmann 62-ci, Monçu 90-cı dəqiqələrdə fərqlənərək, bərabərliyi təmin edib. Lakin Yunanıstan təmsilçisinin bundan artığına gücü çatmayıb. Oyuna artırılan 8 dəqiqəlik bölüm də onların köməyinə yetməyib.

Beləliklə, "Araz-Naxçıvan" tarixində ilk dəfə qatıldığı avrokuboklarda mərhələ adlamaqla, daha bir nailiyyətə imza atıb. Konfrans Liqasının III təsnifat mərhələsində rəqib Kiprin "Omoniya" komandası olacaq.

İlk matç avqustun 7-də Bakıda saat 20:00-da olacaq. Cavab görüşü avqustun 14-də Nikosiyada keçiriləcək.

***

00:09

Yunanıstanda "Aris" və "Araz-Naxçıvan" arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə dördüncü qol vurulub.

Teleqraf xəbər verir ki, 90-cı dəqiqədə "Aris"in futbolçusu Monçu cərimə zərbəsindən bərabərlik qolunu vurub - 2:2.

***

00:06

Yunanıstanda "Aris" və "Araz-Naxçıvan" arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə üçüncü qol vurulub.

Teleqraf xəbər verir ki, 62-ci dəqiqədə "Aris"in futbolçusu Fabiano Laysman fərqlənərək, fərqi azaldıb - 1:2.

Qeyd edək ki, 52-ci dəqiqədə İqor Ribeyro qırmızı vərəqə alaraq, "Araz-Naxçıvan"ı azlıqda qoyub.

***

23:07

Yunanıstanda "Aris" və "Araz-Naxçıvan" arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə ilk yarı başa çatıb.

Teleqraf xəbər verir ki, "Araz-Naxçıvan" fasiləyə 2:0 hesablı üstünlüklə çıxıb.

11-ci dəqiqədə Şarl Boli Felipe Santosun ötürməsindən sonra hesabı açıb. 38-ci dəqiqədə isə Felipe Santos penaltini dəqiq yerinə yetirib.

***

22:54

Yunanıstanda "Aris" və "Araz-Naxçıvan" arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə ikinci qolu vurub.

Teleqraf xəbər verir ki, 38-ci dəqiqədə Azərbaycan klubunun futbolçusu Felipe Santos penaltini dəqiq yerinə yetirib - 2:0.

***

22:27

Yunanıstanda "Aris" və "Araz-Naxçıvan" arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə hesab açılıb.

Teleqraf xəbər verir ki, 11-ci dəqiqədə Azərbaycan klubunun futbolçusu Şarl Boli Felipe Santosun ötürməsindən sonra topu rəqib komandanın qapısından keçirib.

***

22:15

Yunanıstanda "Aris" və "Araz-Naxçıvan" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü start götürüb.

Teleqraf xəbər verir ki, qarşılaşma Saloniki şəhərindəki "Kleantis Vikelidis" stadionunda keçirilir.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab görüşü

31 avqust

22:15. “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” (Azərbaycan) - 2:2

Qollar: Fabiano Laysmann, 62. Monçu, 90 - Şarl Boli, 11. Felipe Santos, 38 (pen.)

Qırmızı vərəqə: İqor Ribeyro, 52 ("Araz-Naxçıvan")

İlk oyun: 1:2

Baş hakim: Devid Dikinson
Baş hakimin köməkçiləri: Frensis Konnor, Conatan Bell
Dördüncü hakim: Rayan Li
(Hakimlər briqadası Şotlandiyadandır)
Saloniki, Kleantis Vikelidis stadionu