BAKI. 30 iyul. TELEQRAF

"Qarabağ" komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Şelburn"una qarşı cavab görüşünə çıxıb.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş oyun Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə topu 44-cü dəqiqədə rəqib futbolçu Con Martin öz qapısından keçirib.

68-ci dəqiqədə isə Kadi Borges penaltini boşa verərək, "Qarabağ"ın fərqi artırmaq imkanını qaçırıb.

Bununla belə, səfər matçında da 3:0 hesablı qələbə qazandığı üçün Ağdam komandası Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib. Növbəti mərhələdə rəqib "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi olacaq. "Qarabağ" ilk oyununu avqustun 6-da səfərdə, cavab görüşünü avqustun 12-də evdə keçirəcək.

*** 21:25

"Qarabağ" İrlandiyanın "Şelburn" komandasına qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə penaltidən fərqlənə bilməyib.

Teleqraf xəbər verir ki, 68-ci dəqiqədə "Şelburn"un futbolçusunun əllə oyununa görə təyin olunmuş 11 metrlik cərimə zərbəsindən Kadi Borges fərqlənməyi bacarmayıb.

O, topu rəqib qapıçının üstünə vurub.

Bununla belə, hazırda "Qarabağ" hesabda öndədir - 1:0.

*** 21:03

"Qarabağ" və İrlandiyanın "Şelburn" komandaları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, ilk yarıdan sonra Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.

*** 20:44

"Qarabağ" və İrlandiyanın "Şelburn" komandaları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə hesab açılıb.

Teleqraf xəbər verir ki, 44-cü dəqiqədə "Şelburn"un futbolçusu Con Martin topu öz qapısına göndərib.

Bununla da "Qarabağ" hesabda önə keçib - 1:0.

*** 20:01

"Qarabağ" və İrlandiyanın "Şelburn" komandaları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü start götürüb.

Teleqraf xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

30 iyul

20:00. “Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya) - 1:0

Qol: Con Martin, 44 (öz qapısına)

İstifadə olunmamış penalti: Kadi Borges, 68 ("Qarabağ")
Baş hakim: Andrea Kolombo
Baş hakimin köməkçiləri: Stefano Alassio, Dario Keççoni
Dördüncü hakim: Kevin Bonasina
VAR: Daniele Doveri
AVAR: Daniele Paterna
(Hakimlər briqadası İtaliyadandır)
Tofiq Bəhramov adına Respublika Stadionu.