BAKI, 16 iyun. TELEQRAF

“Neftçi” futbolçusu Dembo Darbo ilə yollarını ayırıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi qambiyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Darbo 2024-cü ilin avqustundan “ağ-qaralar”ın şərəfini qoruyurdu.

Qeyd edək ki, Dembo Darbo “Neftçi”nin heyətində keçirdiyi 19 oyunda 5 qolla yadda qalıb.