BAKI, 6 aprel. TELEQRAF

Gənclər və idman naziri Fərid Qayıbov azarkeşlərə çağırış edib.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda səhər qaçışına çıxan nazir video paylaşıb.

Qayıbov tamaşaçıları Azərbaycan Premyer Liqasında XXIX turun "Qarabağ" - "Zirə" matçını stadiondan izləməyə dəvət edib. O, iki lider komandanın üz-üzə gələcəyini bildirərək, oyunun əhəmiyyətinə diqqət çəkib.

Qarşılaşma bu gün saat 19:30-da başlanacaq.

Teleqraf "Bazar günü qaçışı və futbola dəvət" başlığı ilə paylaşılan videonu təqdim edir: