
BAKI, 21 mart. TELEQRAF
Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcək Belarus yığması Bakıda ilk məşqini keçirib.
Teleqraf xəbər verir ki, Karlos Alos Ferrerin rəhbərlik etdiyi kollektivin bir hissəsi trenajor zalında, bir hissəsi isə “Dalğa Arena”da məşq edib.
Qeyd edək ki, martın 25-də "Bank Respublika Arena"da keçiriləcək Azərbaycan - Belarus matçı saat 21:45-də başlanacaq.