BAKI, 14 mart. TELEQRAF

"Təbrizin "Traktor" klubunun Türkiyə və Azərbaycanda da çoxlu sayda tərəfdarlarının olduğunu nəzərə alarq, bu klubun oyunlarının "TRT Spor" kanalında yayımlanmasını xahiş edirik".

Teleqraf xəbər verir ki, bu təklifi Türkiyənin "Bengü Türk" televiziya kanalı irəli sürüb.

Bu, İran televiziyasının "Traktor"un vacib oyunlarını yayımlamamasından sonraya təsadüf edir.

Qeyd edək ki, 3 gün əvvəl Asiya Çempionlar Liqasında "Traktor"un Səudiyyə Ərəbistanında "Əl-Taavun" komandası ilə oyunu İran televiziya kanallarının heç birində efirə verilməyib. Bu, "Traktor" azarkeşləri və azərbaycanlıların geniş etirazları ilə qarşılanıb.