BAKI, 18 fevral. TELEQRAF

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsindəki ilk oyununda məğlub olub.

Teleqraf xəbər verir ki, B liqasının 4-cü qrupunda yer alan yığma Şimali İrlandiya ilə üz-üzə gəlib.

Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunan qarşılaşma britaniyalıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 növbəti oyununu fevralın 21-də meydan sahibi Albaniya seçməsinə qarşı keçirəcək.