BAKI, 7 yanvar. TELEQRAF
Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə birgə həyata keçirilən və strateji əhəmiyyət daşıyan 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi və şəbəkəyə qoşulması başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşündə müzakirə edilib.
Görüşdə şirkət ilə birgə həyata keçirilən stansiya və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin əhəmiyyətindən bəhs edilib.
Görüş zamanı Qara dəniz, Avropa, Mərkəzi Asiya və Naxçıvan marşrutları üzrə elektrik enerjisi interkonnektorları layihələrinin icra vəziyyəti, həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığı arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Şirkətlə elektrik enerjisinin istehsalı ilə yanaşı, ötürülməsi istiqamətində də əməkdaşlıq perspektivləri dəyərləndirilib.
*** 13:57
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası layihəsinin tamamlanmasını müzakirə edib.
Teleqraf xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında qeyd edib.
Pərviz Şahbazov həmçinin elektrik enerjisinin istehsalı ilə yanaşı, ötürülməsi sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparıb.