BAKI, 7 fevral. TELEQRAF
ABŞ-nin "SpaceX" şirkəti "Starship" kosmik gəmisinin Aya ilk pilotsuz enişini 2027-ci ilin martında həyata keçirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu məqsədə çatmaq çətin texniki proses olacaq və "Starship"in tez-tez sınaq uçuşlarının keçirilməsini tələb edəcək. Qəzet yazır ki, "SpaceX" hazırda NASA ilə birgə həyata keçirilən Ay proqramına fokuslanmaq qərarına gəlib və buna görə də Mars missiyası ilə bağlı ambisiyalarını müvəqqəti olaraq kənara qoyub.
Qeyd olunur ki, İlon Maskın ilkin planına əsasən, "Starship" 2026-cı ildə pilotsuz rejimdə Mars istiqamətində uçuş etməli, enişin təhlükəsizliyi yoxlanıldıqdan sonra isə pilotu olan missiyalara başlanmalı idi.