BAKI, 13 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynlə bağlı özünün də yer aldığı yeni fotoların dərc olunmasını ciddi problem saymır.

Teleqraf xəbər verir ki, bunu Tramp açıqlayıb.

“Bunda böyük problem yoxdur”, - ABŞ lideri deyib.

Onun sözlərinə görə, Epşteyn Palm-Biçdə hamı tərəfindən tanınırdı və müxtəlif insanlarla çoxsaylı fotoları vardı.

Qeyd edək ki, daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının nəzarət komitəsindəki demokratlar Epşteynin arxivindən 19 fotoşəkil yayımlamışdı.