BAKI, 27 noyabr. TELEQRAF

ABŞ Silahlı Qüvvələri paytaxtda asayişin təmin olunması məqsədilə Vaşinqtona əlavə olaraq 500 nəfər ABŞ Milli Qvardiyası hərbçisi göndərəcək.

Teleqraf xəbər verir ki, bu barədə Pit Heqset Ağ Evin yaxınlığında baş verən silahlı insidentdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu qərar Donald Trampın şəxsi xahişi ilə qəbul edilib. Heqset qeyd edib ki, atışmadan sonra təhlükəsizlik tədbirləri gücləndiriləcək.

“Bu, belə qalmayacaq. Prezident Tramp məndən bunu xahiş etdi və mən quru qoşunlarının rəhbərliyinə və Milli Qvardiyaya Vaşinqtona əlavə 500 hərbçinin göndərilməsi barədə göstəriş verəcəyəm”, - Hegset Dominikan Respublikasına səfəri zamanı bildirib.