BAKI, 15 noyabr. TELEQRAF
Rusiya, Qazaxıstan və Özbəkistan arasında qaz tranzitinin artırılması planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət səfəri çərçivəsində gəldiyi Daşkənddə mətbuat üçün keçirilən brifinqdə bildirib.
Tokayevin sözlərinə görə, üçtərəfli qaz əməkdaşlığı özünü doğruldur və tərəflər tranzit həcmlərinin yüksəldilməsi istiqamətində birgə işlərini davam etdirməyi planlaşdırırlar:
"Rusiya-Qazaxıstan-Özbəkistan qaz layihəsi uğurla davam edir və qaz tranzitinin artırılması planlaşdırılır. Həmçinin neft sektoru və atom sənayesində əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanlar mövcuddur".