BAKI, 14 oktyabr. TELEQRAF

Amerikanın "SpaceX" şirkəti "Starship" kosmik gəmisinin prototipini 11-ci sınaq uçuşuna çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin "X" səhifəsində məlumat verillib.

Raket Texas ştatındakı "Starbase" kosmodromundan saat 18:24-də (Bakı vaxtı ilə 03:24) havaya qalxıb.

Bu uçuş zamanı "Starship" yük bölməsindən 8 "Starlink" peyki simulyatoru orbitə buraxmağa çalışacaq. Eyni zamanda, prototipin start platformasına təhlükəsiz qayıtmasını təmin etmək üçün aparılan təkmilləşdirmələr də sınaqdan keçiriləcək. Uçuşun təxminən bir saat davam edəcəyi və Hind Okeanı sularında enişlə başa çatacağı gözlənilir.

Bildirilir ki, sonuncu sınaq uçuşu avqustun sonunda baş tutmuş və uğurlu olmuşdu.