BAKI, 14 avqust. TELEQRAF
Rusiya və ABŞ prezidentlərinin danışıqlarından sonra Moskva və Vaşinqton arasında hər hansı bir sənədin imzalanması gözlənilmir.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskov qeyd edib ki, dövlət başçıları görüşün yekunları barədə mətbuat konfransında məlumat verəcəklər: "Sammitin yekunlarına dair sənəd imzalanması gözlənilmir, heç bir sənəd hazırlanmayıb. Hansısa sənədin imzalanması ehtimalı azdır. Amma görüşdən sonra birgə mətbuat konfransının olacaqq və bütün nəticələr açıqlanacaq".