BAKI, 14 avqust. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin avqustun 15-də Alyaskada ABŞ Prezidenti Donald Trampla keçiriləcək sammitə hazırlıq məqsədilə bu gün ölkə rəhbərliyinin nümayəndələri ilə müşavirə keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, iclasda hökumət üzvləri və Prezident Administrasiyasının nümayəndələri də iştirak edib.