BAKI, 7 avqust. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp arasında planlaşdırılan görüşün yeri artıq razılaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O deyib ki, tərəflər artıq görüşün detalları üzərində işləməyə başlayıblar.

"Görüşün dəqiq vaxtı və yeri yaxın günlərdə elan olunacaq".