BAKI, 30 iyul. TELEQRAF
Havay adalarının sahillərinə sunami dalğaları çatıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidməti məlumat yayıb.
Bildirilir ki, sunami dalğaları Havay sahillərinə çatıb.
Qeyd edilir ki, Havay adalarında səlahiyyətli qurumlar insanların sahilyanı bölgələrdən təcili təxliyə edilməsinin vacibliyini elan edib.
Xatırladaq ki, Rusiyanın Kamçatka sahillərində güclü 8,7 maqnitudalı zəlzələ baş verib.