BAKI, 23 iyun. TELEQRAF

Tanzaniyada bir qrup turist nəhəng pitonun antilopu bütöv udduğunu müşahidə edib.

Teleqraf xəbər verir ki, hadisə Serenqeti parkında aşkar edilib.

Aşkar edilən ilanın heroqlif pitonu olduğu məlum olub. Bu ilan növü ağzını geniş açmaqla iri şikarını rahat uda bilir.

"Belə bir yeməkdən sonra onlar həftələrlə, hətta aylarla yeməksiz qala bilirlər", - məlumatda deyilir.