Pakistanda Karaçi şəhərində müəmmalı respirator xəstəlikdən 2 həftə ərzində 18 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, tənəffüs çatışmazlığına səbəb olan xəstəlikdən ölənlərin 10-u uşaqdır.

Rəsmilər rayonda yağ, piy və xam dəmir zavodlarının fəaliyyət göstərdiyini bildiriblər. Xəstələrdə müşahidə edilən tənəffüs çatışmazlığının bu zavodlardan çıxan zəhərli qazların səbəb olduğu ehtimal edilir.

İstintaq çərçivəsində 3 müəssisə bağlanıb, 4 nəfər saxlanılıb. Qaz və digər kimyəvi maddələrin tərkibi araşdırılır.