BAKI, 26 may. TELEQRAF
“Qərb MDB-də inteqrasiya proseslərini bloklamaq və birlik ölkələrini daxildən bölmək istəyir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov deyib.
“Qərb inteqrasiya proseslərini bloklamağa, MDB ölkələrinin təməllərini daxildən sarsıtmağa, xalqları ortaq tarixlərini unutmağa məcbur etməyə, onları bir-birinə qarşı qoymağa və burada öz dominantlığını təmin etməyə çalışır”, - o bildirib.
FSB direktoru qeyd edib ki, məhz bu səbəbdən vəziyyəti obyektiv qiymətləndirmək və MDB ölkələrinin maraqlarını birgə qorumaq olduqca vacibdir:
“Çünki bu ölkələr bir-biri ilə istənilən xarici aktorla münasibətlərində müqayisəolunmaz dərəcədə çox güclü şəkildə bağlıdırlar”.