|
Suriyada, İraqda, terrorun və savaşın pəncələri altında inləyən bir çox ölkədə yüz minlərlə uşaq, qadın, gənc və yaşlı hələ də öldürülür.
Bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışında yer alıb. Onun sözlərinə görə, ölüm və zülmdən qaçan miqrantlar Avropa şəhərlərində təhqiredici hərəkətlərlə qarşılaşırlar:
“İŞİD, Nüsrə və PYD kimi terror təşkilatları bölgədəki fəaliyyətlərini davam etdirirlər. Qafqazdakı ixtilafların savaşlara dönmə riski artıb. Yəməndən Ukraynaya qədər olan qövsdə bir çox problem bizi gözləyir. Digər tərəfdən isə dünyanın bir sıra ölkəsində insanlar aclıq, yoluxucu xəstəliklər, səfalət və cəhalət içində yaşayırlar. Bu, insanlığın şərəfini yaralayan utancverici bir mənzərədir. Gələcək nəsillərin rahatlığı, rifahı və təhlükəsizliyi bu gün atacağımız addımlardan asılı olacaq”.
Axar.az