Son beş il ərzində Azərbaycanda doğulan körpələrə verilən adlar arasında dini adlar üstünlük təşkil edib.
Teleqraf.az xəbər verir ki, Ədliyyə Nazirliyi son beş ildə ölkədə doğulan uşaqlara daha çox verilən dini adları təqdim edib.
Beş ildə dünyaya gələn oğlan uşaqlarından 17 418-nə Yusif adı verilib.
Son beş ildə verilən adlar arasında Zəhra (16 676), Fatimə (12014), Hüseyn (11 992), Əli (11 783), Zeynəb (7 859), Ömər (7 620), Məhəmməd (7 495), Xədicə (6 197), Məryəm (5 649), İbrahim (4 962), Amin (2 554), Adəm (1 361), Həsən (3 558), İsmayıl (3 296), Mehdi (2 310), Aişə (1 579) kimi adlar üstünlük təşkil edib.