|
“200 nəfər məcburi köçkünün mənzillə təmininə dair bağlanmış müqavilə ləvg ediləcək”.
Teleqraf.az xəbər verir ki bunu baş nazirin müavini Əli Həsənov ATV kanalına müsahibəsində deyib. Baş nazirin müavininin sözlərinə görə, həmin müqavilələr məhkəmə yolu ilə ləvğ ediləcək: “Onlara xəbərdarlıq edildi. Ancaq hec kəs xəbərdarlıqdan nəticə cixarmayıb. İnsanlıq xatirinə verilən 10 gün müddətdən sonra daha bir neçə gün gözləməyi qərara aldıq. O mənzillər təhvil verilməsə, yaxud orda yaşayış təmin olunmasa, bütün güzəştlər ləğv ediləcək. Həmçinin ailə üzvlərinin bütün müavinətləri dayandırılacaq. Qapılar sındırılacaq və lazımsız əşyalar bayıra atılacaq”. Əli Həsənov bütün məcburi köçkünlərə müraciət edərək bu barədə bildikləri faktlarla bağlı məlumat vermələrini istəyib.