|
Mütəxəssislər astronomiyanı vacib saysa da nazirlik bunun üçün xüsusi tədrisə ehtiyac olmadığını deyir.
Orta məktəbdə astronomiya fənni ayrıca bir dərs kimi tədris olunmur. Vaxtilə isə vəziyyət başqa cür idi. Yəni şagirdlər məktəbdə bu elmə yiyələnirdi. Fizik Bəhram Basqallının sözlərinə görə, indi də astronomiyanın tədrisinə xüsusi fikir verilməlidir. Çünki, gənclərin çoxu astronomiya haqqında elə də dərin məlumata malik deyillər:
“Nəinki gənclər, hətta yaşlı nəsil belə elementar astronomik bilgiyə sahib deyirlər. Onlardan bir çoxları 9 planetin adını ardıcıl olaraq çəkə bilməz. Hesab edirəm ki, astronomiya elmi dünya sivlizasiyasının incilərində biridir. Eyni zamanda astronomiya elmi insanın dünya görüşünün formalaşmasında əvəzsiz rol oynuyan bir faktordur”.
Astroloq Firudin Qurbansoyun sözlərinə görə, isə Astronomiya qədim elm sahələrindən biridir. Vaxtilə bizim filosoflar da bu sahəyə kifayət qədər diqqət ayırıb.
“Dünya Astronomiya elminə Azərbaycanlı alimləri çox böyük töhvələr veriblər. Bu gün ən mükəmmələ Astronomiya kitabı ikinci əsirdə yaşamış Ptolemeyin “Almagest” əsəridir. Əksər İslam alimlərini bu elmə olan marağı artırmışdır. Bundan sonra İslam alimləri məhz astronomiya elminin bazasında müəyyən işlər görüblər”.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirdi ki, bu fənn “Həyat bilgisi” dərsliyində öz əksini tapıb. Dərs yükü ağır olduğundan astronomiya fənninin ayrıca tədrisinə ehtiyac qalmır:
“Təbi ki, astronomiya ilə bağlı məlumatların verilməsi lazımdır. Amma dərslik halında müxtəlif sahələri əhatə edən fənnin ayrıca tədrisi bəzən dərs yükünü ağırlaşdırır”.
Cəsarət Valehov onu da bildirdi ki, indi internet vasitəsilə bütün bilgiləri əldə etmək mümkündür. astronomiyaya daha çox maraq göstərənlər də yetər ki, kompüter arxasına keçsin, istədiyini əldə edə biləcəklər.