|
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi tərəfindən hər il ənənəvi olaraq təşkil olunan iftar süfrəsi bu il “Fairmont Baku, Flame Tower”-da baş tutub.
Teleqraf.az xəbər verir ki, tədbirdə təşkilat üzvləri ilə yanaşı müxtəlif QHT sədrləri, dövlət rəsmiləri, tanınmış müğənnilər, ictimai fəal gənclər, eləcə də Qarabağ qaziləri və Xocalı rayon sakinləri iştirak ediblər. İftardan öncə çıxış edən təşkilatın sədri Ramiq Vəliyev hamının Ramazan ayını təbrik edərək bu müqəddəs ayın cəmiyyətimiz və dövlətimiz üçün faydalı olmasını arzu edib. Gələcəyimiz üçün mənəviyyatlı və vətənpərvər gəncliyin formalaşmasının önəminə diqqət çəkən təşkilatın sədri dövlət gənclər siyasətinin bu istiqamətdə olmasının sevindirici olduğunu vurğulayıb. Tədbir iftar məclisindən sonra çay süfrəsi ətrafında maraqlı müzakirələrlə davam edib.