|
Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.
DSMF-dən Teleqraf.az-a verilən məlumat görə, 1 aprel 2015-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 14 103 nəfərdir. Onlardan 61,1 faizi yaşa görə, 25,9 faizi əlilliyə görə, 13 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği 486,1 manatdır.
Onu da bildirək ki, 2015-ci il aprel ayının 1-nə olan məlumata görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfərdir.