|
“Azadlıq-2015 siyasi partiyalar bloku” təsis sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etdi.
Azadlıq – 2015 seçki Blokunun toplantısı olub. Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun olaraq Aydınlar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası tərəfindən “Azadlıq-2015 siyasi partiyalar bloku” təsis edilib. AR Seçki Məcəlləsinə uyğun olaraq seçki blokunun təsisi ilə bağlı sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.