|
Amerikada qısa zaman ərzində məşhurlaşan 40 yaşlı Madison Aşton Dubayda həbs olunub.
Sosial şəbəkələrdə açıq-saçıq və seksual fotolarını yayan Madison Dubaya gəzməyə gedib. Ticarət mərkəzlərinin birində alış-veriş etdikdən sonra ödəniş edərkən verdiyi pulların saxta olduğu məlum olub. Bu səbəbdən də Madison polis tərəfindən saxlanılıb. Onu Dubayda müvəqqəti saxlanma təcridxanasına aparıblar. Araşdırmalar zamanı məlum olub ki, qadın da dələduzlar tərəfindən aldadılıb. Sərbəst buraxılandan sonra Madison Aşton həbsxanada keçirdiyi saatların qorxulu olduğunu bildirib. O, həbsxanada zorlandığını və hətta döyüldüyünü söyləyib. /BAKU.WS