|
Səbuhi Qulusoy, Müsavat partiyasının fəallı
Avropada şərqdən gələn qaçqınların Azərbaycanda mütxəssislərin məvaciblərindən daha çox yardım alır.
Səbuhi bəy deyirlər, Sizə Avropanın mövcüdluğu Avropa dəyərləridir. Bu dəyərlərin sirri nədir?
Bütün dünyada hal-hazırda Avropa dəyərləri nümunə kimi götürülür. Belə ki, demokratik seçkilər keçirilir və hakimiyyətin formalaşması xalqın əlindədir. İqtisadi yüksəliş göz önündədir. Almaniya, Norveç, İsveç, Danimarka, İspaniya və s. ölkələr həm də insan haqlarının vəziyyətinə görə öncül yerlərdədirlər. Avropa dəyəri dedikdə insan faktoru və onun iradəsinə hörmət gündəmə gəlir. İstər siyasi pluralizm, istər dini baxış, istərsə də iqtisadi azadlıq olsun. Təşkilatın adında həm də ölkədə gənclərə çağırış var. Çünki, Rusiyada insan hüquqları qorunmadığı halda bəzən Rusiyaya meyllilik siyasəti yürüdülür. Eyni zamanda biz bu dəyərləri təbliğ etmək fikrindəyik ki, gələcəkdə o tipli cəmiyyətin qurulmasına nail olaq. Sizin sualınızdan bizim qeydiyyat probleminin olacağı ab-havası durulur. Çox təəssüf ki, bu belədir və təşkilatın qeydiyyatı xeyli problemlərlə üzləşə bilər. Buna görə də biz bütün hüquqi imkanlardan istifadə edəcəyik.
Necə fikirləşirsiniz, Azərbaycanda Avropa dəyərləri təbliğ olunmur?
– Çox təəssüf ki, bu gün biz bunu çox da müşahidə etmirik. Avropa dəyərlərinə hörmət edilsə biz qeydiyyat problemi ilə üzləşmərik. Avropa dəyərlərin hörmət edilsə siyasi məhbus anlayışını işlətməməliyik. Avropa dəyərlərinə hörmət edilsə vətəndaş cəmiyyəti sıradan çıxarılmaz. Əlavə olaraq Azərbaycanın mərkəzi və yerli televiziyalarında Avropa ölkələri pislənilir. Almaniyada insanların küçədə ac qalması haqqında fraqmentlər göstərilir. Halbuki, Yaxın Şərqdən gələn qaçqınların hər birinə Alman hökuməti 670 avro soial yardım ayırır. Görəsən Azərbaycanda hansı kateqoriyada olan mütəxəssislər bu qədər məvacib ala bilirlər? Bizim məcburi köçkünlər isə 20 manat alırlar. Özünüz müqayisə edin.
Sizcə məhz bu fikirləriniz sizə - yəni təşkilata qarşı xüsusi münasibət yaratmayacaq ki?
– Əvvəla mən gerçək gördüklərimi bildirirəm və məncə yaxşıdan nümunə götürmək lazımdır. Onsuz da ölkədə vətəndaş cəmiyyətinə qarşı münasibət birmənalıdır. Amma mən hüquq çərçivəsində lazımi formada mübarizə apararaq təşkilatın qeydiyyatına çalışacam. Əgər Vətəndaş cəmiyyətinə qarşı münasibət dəyişsə mən bunu təqdir edə bilərəm. Hesab edirəm ki, hökumətdə olan müəyyən məmur qrupu ictimai müqavimətin güclü olmasını istəmir. Çünki, ictimai müqavimət gücləndikcə, hesabatlılıq, şəffaflıq, informasioya təminatı və s. məsələlər meydana çıxır. Bu isə korrupsiyaya bulaşmış, monopoliya yaradan və demokratik inkişafın qarşısını almaq istəyən həmin qüvvələrin maraqlarına ziddir.