Moskvada Avrasiya İqtisadi Birliyi (AAİB) hökumət başçılarının iclası keçirilir.

Teleqraf.az Azərtac-a istinadən xəbər verir ki, əvvəlcədən aprelin 8-də Yerevanda keçirilməsi nəzərdə tutulmuş iclas Dağlıq Qarabağda baş verən son hadisələrlə əlaqədar Qazaxıstanın təklifi ilə təxirə salındı. Belə ki, ittifaqa daxil olan ölkələr – Qazaxıstan, Belarus, eləcə də Rusiya Ermənistan paytaxtında yığışmağın Azərbaycan tərəfinə təzyiq kimi qəbul olunacağını səbəb gətirmişdilər. Əlbəttə ki, bu Ermənistanda etirazla qarşılanıb.

Ötən günlər ərzində Ermənistanda həm Rusiyanın Azərbaycana silah satması, həm də AAİB-in üzvü olan ölkələrin – Belarus və Qazaxıstanın Dağlıq Qarabağda baş vermiş silahlı toqquşmalar zamanı Azərbaycanı birmənalı şəkildə dəstəkləməsi böyük etiraza səbəb olub.

Ermənistan parlamentinin “Erməni Milli Konqresi” fraksiyasından olan deputatı Nikol Paşinyan AAİB-də qalmağa və onun qəraralarını “sabotaj” etməklə təşkilatın işinə mane olmağa çağırıb. Erməni deputat deyib ki, Ermənistan Avrasiya Birliyinin üzvlüyündən çıxmamalı, onun fəaliyyətini iflic etməli, bütün qərarlara əks getməlidir.

Ermənistanda hakim Respublikaçılar Partiyasından olan deputat Artak Davtyan da AAİB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMK) üzvü olan ölkələrin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsindən narazıdır. Onun sözlərinə görə, Belarus Qarabağda döyüşlər başlayan kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi, Qazaxıstan isə AAİB üzvlərinin Yerevana gəlməsinə mane olmaq üçün əlindən gələni etdi. Erməni deputatın strateji tərəfdaş kimi, Rusiyadan da gözləntisi çox idi.

Ermənistan mətbuatı Rusiya hökumətinin sədri Dmitri Medvedevin Bakıya səfərindən də narazıdır. Rusiya rəsmisi Ermənistana əvvəlcədən nəzərdə tutulmuş səfərini qısaltmaq və ikigünlük səfərin bir günü Azərbaycana həsr etmək qərarını vermişdi. Erməni KİV-ləri yazır ki, bu, Ermənistan hakimiyyəti üçün təhqirdir. Mətbuat yazır: “Görünür, Rusiya Baş nazirinin Yerevana səfərinin müddətini qısaltmasının və Qazaxıstanın Baş naziri Karim Masimovun Yerevana gəlməkdən imtina etməsinin bir səbəbi var, o da Azərbaycanın xətrinə dəyməməkdir”.

Rusiya İctimai Palatasının üzvü Sergey Markovun fikrincə, Ermənistanda Rusiyaya qarşı gedən kampaniya “əsl nankorluqdur”. Siyasətçi “facebook” səhifəsində yazıb: “Bu, ləyaqətsizlik və satqınlıqdır”.

Politoloq Andrey Yepifantsev hesab edir ki, Rusiyada Ermənistan cəmiyyətindəki güclü antirusiya əhval-ruhiyyəsinin miqyasını anlamırlar. Onun fikrincə, Ermənistanda hakimiyyəti zəbt etmiş Qarabağ klanı rəhbərlikdə qalmaq üçün Azərbaycan ilə münaqişədən istifadə edir və sülh onların sonu deməkdir. A.Yepifantsef yazır ki, ABŞ-dakı erməni diasporu da parçalanıb. Onlar erməni xalqının mənafeyini güdmürlər. Politoloq yazır: “google”də Rusiya Ermənistana xəyanət etdi” sözlərini axtarışa versəniz, erməni ictimaiyyətinin Rusiyaya qarşı mənfi fikirləri ilə dolu 300 mindən çox məqalə taparsınız. Bu, erməni xalqı üçün özünüməhv deməkdir. Ancaq “Böyük Ermənistanı” belə şeylər nə vaxt yolundan çəkindirib ki...”.

Rusiyanın birinci kanalında yayımlanan “Odnako” verilişinin aparıcısı Mixail Leontiyev hələ bir neçə il əvvəl yazırdı ki, Ermənistan neçə illərdir iqtisadiyyatın liberallaşdırılmasına və xarici sərmayələrin cəlb olunmasına səy göstərir. Lakin heç bir investisiya bumu gözə görünmür və heç işıq ucu da yoxdur. Hətta ABŞ və Avropada güclü diaspor belə Ermənistan iqtisadiyyatının yüksəlişinə kömək edə bilmir və yalnız ermənilərin ölkədən qaçmasını asanlaşdırır.

Rusiya yazıçısı və tarixçisi Aleksandr Qoryanin bu günlər Moskvada keçirilən Qarabağ hadisələrinə həsr olunmuş mətbuat konfransında Ermənistanın Dağlıq Qarabağda müharibəyə başlamaqla özünün özünə nə qədər ziyan vurduğunu xüsusi qeyd edib. Ermənistanda olarkən sovet dövründən qalmış köhnə avtomobillərin sayının çox olmasından heyrətə gələn rus yazıçısı Ermənistan əhalisinin sayının dəfələrlə azaldığını, bütöv ailələrin Ermənistandan köçdüyünü müşahidə edib. Tarixçi xatırladıb ki, hələ sovet dövründə Azərbaycanda olarkən bir çox mühüm vəzifələri ermənilərin tutduğunun şahidi olmuşdu və özlərinin yaratdığı bu süni Dağlıq Qarabağ münaqişəsi üzündən ermənilər çox şey itirdilər.

Qarabağda dörd günlük müharibə ətrafında baş verənlər Azərbaycan ilə Rusiya arasında dövlətlərarası münasibətlərin yüksək səviyyədə və çox düzgün qurulduğunu göstərdi. Lakin bir boşluq da nəzərə çarpdı – bu da Rusiyada Azərbaycanın təbliği və Rusiya mətbuatında təmsili məsələsidir. Rusiya mətbuatında Qarabağ hadisələrinin birtərəfli işıqlandırılması Azərbaycan cəmiyyətində narazılıq doğurub. Onu da qeyd edim ki, bu, əsasən, özəl kanallarda və informasiya vasitələrində nəzərə çarpırdı və deməli, dövlətin mövqeyini əks etdirmirdi. Rusiyalı jurnalist Maksim Şevçenko azərbaycanlıların narazılığının haqlı olduğunu qeyd etsə də, bildirib ki, özəl KİV-lərin də Azərbaycana qarşı heç bir qərəzi yoxdu, “bu, sadəcə biznesdi”.

 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Beynəlxalq axtarışa verilən azərbaycanlı Mosulda öldürüldü

05 Fev 2018 Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ

25 Okt 2016 "Türkiyənin Alyansın qərargahlarında hərbçi saxlayacağına əminəm"

16 Okt 2016 Türkiyə ABŞ-a xəbərdarlıq etdi – “Yüz illlik müharibə başlayar…”

15 Okt 2016 Deputatlığa namizədlər narkoloji testdən keçiriləcək

14 Okt 2016 Polat Alemdar yeni serialın ilk bölümlərində yer almayacaq - VİDEO

10 Okt 2016 Yadplanetlilər ABŞ raketlərini məhv edib - Məxfi məlumatlar açıldı

07 Okt 2016 Türk diplomat: “ABŞ-ın Güləni verməkdən başqa çıxış yolu yoxdur”

05 Okt 2016 Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video

05 Okt 2016 Cərrahdan əməliyyatda görünməmiş hərəkət – Video

01 Okt 2016 Kürəkənlər yazışdı, Doğan Media qrupun rəhbəri istefa verdi

22 Sent 2016 "FETÖ bu ölkələrdə çevriliş edə bilər"

15 Sent 2016 Mustafa Cəmilov: 'Rusiya Krıma nüvə silahı yerləşdirdi'

06 Sent 2016 Hakimiyyəti zorla dəyişdirmək istəyənlər ömürlük həbs olunacaq

31 Avq 2016 İran Türkiyədən tələb etdi: “Əməliyyatı dayandırın”

20 Avq 2016 Lənkəranskini öldürmək üçün kürd silahlılarına pul ödənilib

08 Avq 2016 Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammit Tehranda keçirilə bilər

31 İyul 2016 UNO ilə bağlı heyrətamiz video - Realdırmı?

28 İyul 2016 QAT sədrindən aksiya xəbərdarlığı

26 İyul 2016 İranda birgə şənliyə görə 150 oğlan və qız tutuldu

22 İyul 2016 Yəhudi ruhaninin türklərlə bağlı tükürpədən məktubu - Mətn

12 İyul 2016 Ramiz Mehdiyev aprel döyüşlərindən yazdı

08 İyul 2016 “Fikrət Fərəməzoğlunun həmkarları gərəkən addımları atmalıdırlar”

06 İyul 2016 Səddamın heykəlini yıxan adam:"Heykəli yenidən ucaldardım”

05 İyun 2016 Ərdoğan 3 il sonra Fransadan əvəz çıxdı

26 May 2016 Azərbaycan Demokratiya və Rifah Hərəkatı təkliflər paketini açıqladı

25 May 2016 KXCP rus ordusunun Azərbaycandan çıxarıldığı günü qeyd etdi

19 May 2016 Eldar Həsənov: “Başqa bir sahəyə getmək mənim üçün maraqlı və vacib deyil”

17 May 2016 Həmsədirlər bəyanat Verdi: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

12 May 2016 “Avropa dəyərlərinə hörmət edilsə vətəndaş cəmiyyəti sıradan çıxarılmaz”

Xəbər lenti