|
"Mən daha heç vaxt prezident olmayacağam".
Teleqraf.az ANS PRESS-ə istinadən məlumat verir ki,görə, bu barədə Ermənistanın birinci şəxsi Serj Sarkisyan bildirib. "Hətta bizim ölkəmiz parlament idarə sisteminə keçsə belə, mən hökumət başçısı postuna iddia etməyəcəyəm",- deyə o əlavə edib.
Bu bəyanat təbii, bütün yüksək siyasi cəmiyyəti həyəcanlandırıb. Bəziləri artıq nəticə çıxarır ki, Serj Sarkisyan hakimiyyəti və siyasəti tərk edir. Bəziləri hesab edir ki, o, hamını onun üçün gərgin keçəcəyi gözlənilən payız ərəfəsində aldadır.
Amma bəziləri Sarkisyanın hərəkətlərini təxribat adlandırıb. O baxmaq istəyir ki, kim buna necə reaksiya verəcək.
Prezident öz yöndəmsiz bəyanatıyla Ermənistanın siyasi qüvvələrini çətinə salıb. Qeyri-müəyyən atmosfer yaradılır və Ermənistanın KİV-in yazdığı kimi, hamı anlamaq istəyir, kim hakimiyyəti formalaşdıracaq və hansı sahilə yanaşma lazımdır. Yerli mətbuat xüsusi vurğulayır ki, bütün dövrlərdə hakimiyyətdə olan siyasi təbəqələr üçün çox mürəkkəb vəziyyət yaranır.
Bəzi analitiklər xatırladırlar ki, bu günlərdə sabiq prezident Robert Koçaryanın böyük siyasətə gəlişinin şəraitdən asılı olduğunu deyib. Görəsən o, Sarkisyanın bəyanatını nəzərdə tuturdu?